“Bakı” Vobayla maraqlanmır

“Bakı” Vobayla maraqlanmır
XƏBƏR 15 Avqust 2011 / 12:37 2088
-  A +

“Bakı” “Xəzər Lənkəran”dan ayrılan Julius Vobayın paytaxt klubuna keçdiyi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

“Zolaqlılar”ın Marketinq və Mətbuat Departamentinin rəhbəri Nəriman Mehdiyev Qol.Az-a açıqlamasında yayılan məlumatları təkzib edib. Mehdiyev Vobayla maraqlanmaqdıqlarını bildirib:

“Bakı” klubu heç vaxt Vobayla maraqlanmayıb və maraqlanmayacaq. Bunlar hamısı söz-söhbətdir. Bu cür xəbərləri yayanlar isə özlərini “Bakı” vasitəsi ilə reklam etmək istəyən şəxslərdir”.

Qeyd edək ki, Vobayın “Bakı”nın məşqlərində iştirak etdiyinə dair xəbərlər yayılıb.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner