Son çempion mövsümə qələbə ilə başladı, “Çelsi” xal itirdi

Son çempion mövsümə qələbə ilə başladı, “Çelsi” xal itirdi
XƏBƏR 15 Avqust 2011 / 11:44 1727
-  A +

İngiltərə Premyer Liqasında ilk turun oyunları keçirilib. Qol.Az-ın məlumatına görə, bu tur iddialı komandaların büdrəməsi ilə yadda qalıb.

Çempionaluğa ən real namizədlərdən “Çelsi”, “Liverpul” və “Arsenal” bir xala kifayətləniblər. Son ölkə çempionu “Mançester Yunayted” isə cari mövsümə uğurlu start verib. Səfərdə “Vest Bromviç”lə qarşılaşan “qırmızı şeytanlar” son dəqiqələrdə rəqib futbolçunun avtoqolu ilə qələbəni bayram ediblər.

Qeyd edək ki, turun son oyunu bu gün “Mançester Siti” ilə “Suonsi” arasında keçiriləcək. “Tottenhem” – “Everton” matçı isə Londondakı
iğtişaşlar səbəbindən təxirə salınıb.

İngiltərə Premyer Liqası

13 avqust

“Bləkbörn” - “Vulherempton” 1:2
Qollar:
Mauro Formika, 20 – Stiven Fletçer, 22, Stefen Vourd, 47

“Liverpul” – “Sanderlend” 1:1
Qollar: Luis Suares,11 – Sebastyan Larson, 57

“Fulhem” – “Aston Villa” 0:0

“Kvins Park Reyncers” – “Bolton” 0:4
Qollar:
Qari Keyhil, 45, Daniel Qabidon (avtoqol), 67, İvan Klasniç, 70, Fabrisa Muamba, 79

“Uiqan” – “Norviç” 1:1
Qollar: Ben Uatson, 21 – Uesli Hulahan, 45

“Tottenhem” – “Everton” (təxirə salınıb)

“Nyukasl” – “Arsenal” 0:0

14 avqust

“Stok Siti” – “Çelsi” 0:0

“Vest Bromviç” – “Mançester Yunayted” 1:2
Qollar:
Şeyn Lonq, 37 – Ueyn Runi, 13, Stiven Reyd (avtoqol), 81

15 avqust

“Mançester Siti” – “Suonsi” 00:00


Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir