Cavadov yenə qələbəyə həsrət qaldı

Cavadov yenə qələbəyə həsrət qaldı
XƏBƏR 15 Avqust 2011 / 11:17 1600
-  A +

Vaqif Cavadovun forma geydiyi Rusiyanın “Volqa” klubu dünən Premyer Liqada növbəti oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, doğma meydanda “Lokomotiv”lə qarşılaşan Nijni-Novqorod təmsilçisi rəqibin qapısına yol tapa bilməyib. Görüş qolsuz bərabərliklə başa çatıb.

Qeyd edək ki, Cavadov meydana start heyətdə çıxa bilməsə də, matçın ikinci hissəsində (54-cü dəqiqədə) oyuna daxil olub. Ancaq cinahda fəallıq göstərən Cavadovun səyləri də bir nəticə verməyib.

Xatırladaq ki, “Volqa” hazırda turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir