Sergey Yuran: “Legioner futbolçuların gəlməsini gözləyirik”

Sergey Yuran: “Legioner futbolçuların gəlməsini gözləyirik”
XƏBƏR 15 Avqust 2011 / 10:30 1561
-  A +

“Avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparan bir komandaya qarşı oynadıq. “Bakı”nın yüksək səviyyəli futbolçuları var. Oyunu müdafiədən qurduq, qol imkanlarımız da oldu. Qapıçımız bu oyunda yaxşı təsir bağışladı. Bir xal qazandıq, komandadan razı qaldım”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı” ilə oyundan sonra “Simurq” klubunun baş məşqçisi Sergey Yuran deyib. Yeni futbolçuların gələcəyini söyləyən təcrübəli çalışdırıcı qarşıdakı oyunlara daha ciddi hazırlaşacaqlarını bildirib:

“Bir neçə legioner futbolçunun gəlməsini gözləyirik. Komandanı çempionata 2 həftə qalmış götürdük. Futbolçular verdiyimiz tapşırıqları layiqincə yerinə yetirirlər. Bu oyunu müzakirə edib, qarşıdakı oyunlara daha ciddi hazırlaşacağıq”.

Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir