Mirça Rednik: “Xəzər Lənkəran”da klubu sevən futbolçular qalmalıdır”

Mirça Rednik: “Xəzər Lənkəran”da klubu sevən futbolçular qalmalıdır”
XƏBƏR 14 Avqust 2011 / 22:25 2656
-  A +

“Komandam bu gün yaxşı komandaya qarşı yaxşı oynadı. Qalib gəldiyimiz üçün xoşbəxtəm. Bu həftə bizim üçün ağır oldu. 12 futbolçu ilə məşq edirdik. Rusiç bizə yeni qoşulub, 3 futbolçunu isə əvəzedici heyətdən cəlb etdik”.

Qol.Az-ın məlumatına görə, bu sözləri AZAL-la oyundan sonra “Xəzər Lənkəran”ın baş məşqçisi Mirça Rednik deyib. Vobaya yeni müqavilə təklif etdiklərini söyləyən rumıniyalı çalışdırıcı heç kimi komandada zorla saxlamadıqlarını bildirib:

“Vobaya yeni müqavilə təklif etmişik, onun cavabını gözləyirik. Biz komandada məcbur şəkildə heç kimi saxlamırıq. “Xəzər Lənkəran”da klubu sevən futbolçular qalmalıdır”.

Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir