Qurban Qurbanov: “Futbolçularımızın nümayiş etdirdiyi xarakter xoşuma gəldi”

Qurban Qurbanov: “Futbolçularımızın nümayiş etdirdiyi xarakter xoşuma gəldi”
XƏBƏR 14 Avqust 2011 / 20:45 2107
-  A +

“Bizim üçün mövsümdə ilk oyun idi. Avroliqa oyunlarına görə, çempionata yaxşı hazırlaşa bilməmişik. Havanın isti və meydançanın isə pis vəziyyətdə olması komandaların baxımlı oyun göstərmələrinə mane oldu”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “İnter”lə oyundan sonra təşkil olunmuş mətbuat konfransında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib. Komandasının xarakter nümayiş etdirdiyini söyləyən gənc çalışdırıcı zədəli futbolçuların çoxluğundan şikayətlənib:

“Komandanın oyunundan razı qalmadım. Ancaq futbolçularımızın nümayiş etdirdiyi xarakter xoşuma gəldi. Bunun sayəsində də qələbə qazandıq. Heyətdə zədəlilərin sayı çoxaldı. Onların nə vaxt sağalacağı dəqiq bilinmir. Ən yüngül zədəlilər Əfranla Rəşaddır ki, onlarında “Kəpəz”lə görüşdə meydana çıxacaqları sual altındadır”.

Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir