Arsen Venger nədən narazıdır?

Arsen Venger nədən narazıdır?
XƏBƏR 14 Avqust 2011 / 13:00 2025
-  A +

“Arsenal”ın baş məşqçisi Arsen Venger “Nyukasl”la bərabərə (0:0) qaldıqalrı oyundan sonra görüşün baş hakimini tənqid atəşinə tutub.

Qol.Az-ın məlumatına görə, fransız mütəxəssis London klubunun yeni transferi Jervinyonu qırmızı vərəqə ilə oyundan atan referini ədalətsizlikdə günahlandırıb. Təcrübəli çalışdırıcı baş hakimin həmin epizodu heç görmədiyini bildirib:

“Mən hələ də başa düşə bilmirəm ki, referi niyə Jervinyoya qırmızı vərəqə göstərdi. Yüz faiz əminəm ki, hakim həmin epizodu heç görmədi. Əgər qovurdusa, hər iki oyunçu barəsində eyni qərarı verərdi. Bizə qarşı ədalətsizlik etdi. Tezliklə məsələ ilə bağlı apelyasiyaya müraiət edəcəyik”.

Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir