"Xəzər Lənkəran" AZAL-la oyunöncəsi evində son məşqinə çıxdı

"Xəzər Lənkəran" AZAL-la oyunöncəsi evində son məşqinə çıxdı
XƏBƏR 13 Avqust 2011 / 01:18 1946
-  A +

“Xəzər Lənkəran” avqustun 12-də, saat 19:00-da “Fırtınalar meydanı”nın yardımçı meydançasında AZAL-la oyun öncəsi doğma divarlar arasında son məşqinə çıxıb.

Qol.Az-ın "12cioyunçu" fan klubunun saytına istinadən verdiyi məlumata görə, komandanın hazırlıq prossesini iki yüzdən çox azarkeş izləyib.
 
Komanda bu heyətlə məşq edib: Kamran Ağayev, Rahid Əmirquliyev, Elnur Allahverdiyev, Adrian Pit, Andrey Mureşan, Eder Bonfim, Rikardo Qomeş, Alim Qurbanov, Elnur Abdulayev, Katalin Doman, Emeka Opara, Elvin Beqiri, Deyan Rusiç, Kamal Bayramov,  Şəhriyar Xəlilov, Zahid Quliyev və daha iki gənc yerli futbolçu.
 
Julius Vobay isə əsas heyətin məşq etdiyi yardımçı meydançanın kənarında qaçmaqla fərdi məşqini davam edirib. Görünür, bu gedişlə baş məşqçi Mirça Rednik əsas heyətdən kənarlaşdırdığı futbolçunu AZAL-la oyunda meydana buraxmayacaq.

Son xəbərlər
28.06.25  14:51

"Milan"dan getdilər

28.06.25  13:59

"Yuventus"da ciddi itki