Braziliyanın İtaliya və İspaniya ilə yoldaşlıq görüşləri ləğv edildi

Braziliyanın İtaliya və İspaniya ilə yoldaşlıq görüşləri ləğv edildi
XƏBƏR 12 Avqust 2011 / 22:33 1850
-  A +

Futbol üzrə Braziliya milli komandasının İtaliya və İspaniya yığmaları ilə yoldaşlıq görüşləri ləğv edilib.

Qol.Az-ın məlumatına görə, bu qərarı Braziliya Futbol Federasiyası çıxarıb.

Müvafiq olaraq, 2006 və 2010-cu il dünya çempionları ilə qarşılaşmalar “pentakampeonlar”ın avqustun 10-da keçirilmiş yoldaşlıq görüşündə Almaniyaya 2:3 hesablı məğlubiyyətindən sonra ləğv olunub.

Qərarın konkret səbəbi hələlik məlum deyil. Oyunlar oktyabr və noyabr aylarında keçirilməli idi.


Son xəbərlər