“Hüzur içində yat”

“Hüzur içində yat”
XƏBƏR 12 Avqust 2011 / 18:45 2667
-  A +

Rusiya millisinin müdafiəçisi Yuri Jirkov Serbiya yığması ilə yoldaşlıq oyununda Moskva “Spartak”ının azarkeşlərinin təzyiqi ilə üzləşib.

Qol.Az-ın məlumatıan görə, oyunboyu 27 yaşlı futbolçunu fitə basan fanatlar əsəblərini ancaq bu yolla sakitləşdirə biliblər.

2009-cu ildə “Spartak”dan “Çelsi”yə transfer olunan, bu yaxınlarda isə “Anji”yə keçərək, moskvalı fanatların qəzəbinə tuş gələn Jirkov Serbiya ilə görüşdən sonra daha ciddi hadisə ilə qarşılaşıb.

Yerli fanatlar təcrübəli futbolçunu ölümlə hədələyiblər. “Spartak” azarkeşləri üzərində Jirkovun doğum tarixi (20.08.1983) və “Anji”yə keçdiyi tarix olan (06.08.2011) pankart açıblar. Onun altında isə qəbir daşlarının üzərində görməyə alışdığımız “Hüzur içində yat” sözləri yazılıb.

Son xəbərlər