Bazar günü “Qarabağ” ”İnter”lə XX çempionatda ilk oyununa çıxacaq. Tərəflərin oyunu daim maraqlı rəqabət şəraitində keçdiyindən 14 avqustda baş tutacaq oyun da diqqəti cəlb edir.
Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, Quzanlıda baş tutacaq oyun tərəflərin sayca 33-cü dueli olacaq. Burada “İnter”in sələfi olan “Xəzər Universiteti”ylə keçirdiyi oyunlarla birlikdə çempionat və kubok görüşlərinin cəmi nəzərdə tutulub.
Bu günə qədər çempionatda 27, kubokda isə 5 görüş baş tutub. Çempionatda baş tutan görüşlərdə Ağdam klubunun minimal üstünlüyü var. “Qarabağ”11 qələbə qazandığı halda, 9 dəfə meydanı məğlub tərk edib. 7 oyunda isə 3 xala sevinən olmayıb. Top fərqinə gəlincə, 28 qola qarşılıq, ağdamlılar 20 dəfə qapılarında top görüblər.
Ötən mövsümdə komandalar 4 dəfə qarşılaşıblar. İlk oyun Şəfa stadionunda baş tutub və Çertoqanovun vurduğu yeganə qol ev sahiblərinə qələbə gətirib. Bu eyni zamanda “Qarabağ”ın mövsümdə ilk məğlubiyyəti olub. Ardınca baş tutan 3 qarşılaşmada isə Ağdam klubu rəqibini məğlub etməyi bacarıb. Rauf Əliyev öncə təsnifat mərhələsinin cavab görüşündə vurduğu qolla qələbəni təmin edib. Final mərhələsinin ilk turunda isə Raufla yanaşı, Adamiyanın vurduğu qol komandaya 2:0 hesablı qələbə gətirib.
Nəhayət, ötən mövsüm 4-cü oyunu Suraxanı qəsəbə stadionunda baş tutub və Sadiqovun qazandığı penaltini Adamiya qola çevirməklə, “Qarabağ”ın rəqib üzərində ardıcıl 3-cü qələbəsini rəsmiləşdirib.
“Qarabağ” və “İnter” arasında baş tutan bütün oyunların nəticələrini təqdim edirik.
Çempionat
1999-2000 0:0, 2:0
2000-01 3:0, 0:0
2001-02 2:1, 1:2, 1:1
2003-04 3:1, 2:0
2004-05 3:1, 0:1
2005-06 0:2, 1:0
2006-07 0:1, 0:1
2007-08 0:1, 0:1
2008-09 1:1, 1:1
2009-10 1:0, 1:2, 1:1, 1:1
2010-11 0:1, 1:0, 2:0, 1:0
Kubok
2004-2005 1:0, 0:2 1/8 final
2007-2008 2:2, 0:1 1/4 final
2008-2009 1:0 final
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi