Terri: “Lukaku “Çelsi”nin futbolkasında yatır”

Terri: “Lukaku “Çelsi”nin futbolkasında yatır”
XƏBƏR 12 Avqust 2011 / 17:26 2053
-  A +

“Çelsi”nin kapitanı Con Terri klubun yeni transferi Romelu Lukaku barəsində maraqlı açıqlamalar verib. Qol.Az-ın məlumatıan görə, təcrübəli müdafiəçi gənc hücumçunun “Çelsi”nin futbolkasında yatdığını bildirib.

Terri açıqlamasında belçikalı futbolçuya “ilişməyə” də fürsət tapıb: “Yoldaşlarımdan eşitmişəm ki, Lukaku “Çelsi”nin futbolkasında yatır. Bu, möhtəşəm bir şeydir. Komandaya belə gənclər lazımdır. O, əsl “Çelsi” fanatıdır. Mənim kimi (gülür). Ancaq o, nə qədər fanat olsa da, komanda haqda məndən çox bilə bilməz ”.

Kapitan Lukakunun çıxışına da münasibət bildirib: “Mən Lukakunun oyununu internetdə izləmişəm. O, çox nəhəng və güclü görünür. Həmçinin hücumlarda da yaxşı iştirak edir. Səbirsizliklə Lukaku ilə meydana çıxacağım günü gözləyirəm”.

Qeyd edək ki, Lukaku “Çelsi”yə Belçikanın “Anderlext” klubundan keçib. 19 yaşlı hücumçunun bazar günü “Stok Siti”yə qarşı oyunda forma geyməsi gözlənilir.

Son xəbərlər