UEFA və AFFA nümayəndələri bu gün Ağdam rayonunda səfərdə olublar. Futbol mütəxəssisləri bu rayonda uşaq futbolunun vəziyyəti ilə maraqlanıblar.
Qonaqlar uşaqlar arasında daha bacarıqlı azyaşlı idmançıları müəyyən etmək üçün Ağdam Olimpiya İdman Mərkəzinin stadionunda 90 nəfərədək uşaq arasında təlim məşq toplantısı keçirib. Əslən almaniyalı futbol mütəxəssisləri azyaşlılardan ibarət qruplar arasında həyata keçirilən baxış-müsabiqəni şəxsən müşahidə ediblər.
Veteran futbolçu Elbrus Abbasov bildirib ki, bu səfər eyni zamanda, onun özü tərəfindən irəli sürülmüş Ağdam Uşaq Futbol Məktəbinin yaradılması təşəbbüsü ilə əlaqədar sayıla bilər. Çünki Ağdamda uşaq futbolunun inkişafına dair irəli sürülmüş konkret təkliflər var və bunun üçün müəyyən mənada iş aparılır.
Onun sözlərinə görə, bir neçə gün əvvəl Mingəçevirdə azyaşlı futbol həvəskarları arasında keçirilən baxış-müsabiqədə bir nəfər ağdamlı uşaq milli komandanın azyaşlılar qrupuna üzv seçilib. Bu, 1996-cı il təvəllüdlü Həsən Həsənovdur (APA)
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi