Qoran Pandev: “Bakıda qazanılan qələbə çox vacib idi”

Qoran Pandev: “Bakıda qazanılan qələbə çox vacib idi”
XƏBƏR 12 Avqust 2011 / 16:56 1667
-  A +

“Azərbaycan yığması ilə Bakıda qazanılan qələbə çox vacib idi. Bu, Avro-2012-nin seçmə mərhələsindəki matçlarda futbolçularımızın özünəinamını qaytarmağa kömək edəcək”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Makedoniya millisinin hücumçusu Qoran Pandev ölkə mətbuatına verdiyi açıqlamasında deyib. Bakıdakı görüşdə komandasının qələbə topuna imza atan 28 yaşlı forvard gələcəklə bağlı nikbin danışıb:

“Azərbaycanla oyunun ilk hissəsində yaxşı çıxış etmədik. Bu da bəzi futbolçuların öz mövqeyində çıxış etməmələri ilə əlaqədar idi. Amma mən inanıram ki, bu komanda lazım olan anda oynamağı bacarır”.

Son xəbərlər