“Real” hücumçusunu “Liverpul”a satmadı

“Real” hücumçusunu “Liverpul”a satmadı
XƏBƏR 12 Avqust 2011 / 16:37 2133
-  A +

İspaniyanın “Real” klubunun argentinalı hücumçusu Qonzalo İquainin İngiltərə Premyer Liqasında çıxışı baş tutmayacaq.

Qol.Az-ın məlumatına görə, “kral klubu” aparıcı oyunçusunun “Liverpul”a keçməsinə icazə verməyib.

Qeyd edək ki, mersisaydlılar ispan klubuna 25 milyon avroluq təklif göndərmişdi. “Real” rəhbərliyi əvvəlcə bu təklifi dəyərləndirmək istəsə də, sonradan İquani “Liverpul”a satmaqdan imtina edib.

Son xəbərlər