“Turan” 3 legionerlə müqavilə bağladı

“Turan” 3 legionerlə müqavilə bağladı
XƏBƏR 12 Avqust 2011 / 16:27 1906
-  A +

Premyer Liqanın ikinci turunda doğma meydanda “Kəpəz”i qəbul edəcək “Turan” heyətini daha 3 futbolçu ilə gücləndirib.

Tovuz klubu türkiyəli qapıçı Göksu Hasancik, gürcüstanlı yarımmüdafiəçi Zura Dzamsaşvili və braziliyalı hücumçu Rudison Ferreyranın keçidini rəsmiləşdirib.

Bu barədə Qol.Az-ın müxbiri ilə söhbətində “Turan”ın icraçı direktoru Rasim Əliyev məlumat verib. Əliyevin sözlərinə görə, hər üç əcnəbi ilə 1 illik müqavilə imzalanıb və onların sabahkı oyunda iştirakı gözlənilir.

Klub rəsmidi onu da əlavə edib ki, bundan sonra komandada hər hansı transfer gözlənilmir.

Qeyd edək ki, gürcü Zura Dzamsaşvili ötən mövsümü “Gəncə”də keçirib. Göksu Hasancik Estoniyanın “Tameka” klubundan gəlib. Rudison Ferreyra isə Fransanın II liqasında çıxış edən “Dyepe”dən alınıb.

Son xəbərlər