Trezege vətəninə qayıdır

Trezege vətəninə qayıdır
XƏBƏR 12 Avqust 2011 / 15:27 1786
-  A +

Fransa yığması və “Erkules”in hücumçusu David Trezege karyerasını ölkəsində davam etdirmək istəyir.

Qol.Az-ın məlumatına görə, ulduz futbolçu elə bu səbəbdən də İngiltərə klublarının təklifini rədd edib.

Qeyd edək ki, Premyer Liqa təmsilçilərindən “Birmingem” və debütant “Suonsi” 33 yaşlı forvardın xidmətində maraqlıdırlar. Hər iki klub təcrübəli futbolçu üçün tələb olunan məbləği ödəməy hazırdır.

Ancaq Trezege vətəninə qayıtmaq arzusunda olduğu üçün bu təkliflərin heç birini dəyərləndirməyib.

Xatırladaq ki, Fransa klublarından yalnız “Nitsa” Trezege ilə ciddi maraqlanır.

 


Son xəbərlər