Oyun alqı-satqısında iştirak etdiyi üçün UEFA-nın Yunanıstanın "Olimpiakos" (Volou) klubunu 5 il müddətinə avrokuboklardan kənarlaşdırdığını xəbər vermişdik.
Qol.Az-ın məlumatına görə, ali futbol qurumu artıq Avroliqada Volou təmsilçisini əvəzləyəcək komandanı da müəyyənləşdirib.
Bu, Lüsemburqun “Differdange” klubudur. Hansı ki, bu komandalar Avroliqanın III təsnifat mərhələsində qarşılaşmışdı.
Hər iki oyunda rəqibini 3:0 hesabı ilə məğlub edən "Olimpiakos" Avroliqanın "play-off" mərhələsinə vəsiqə qazanmışdı.
Lakin "Olimpiakos"un Avroliqadan kənarlaşdırılması Lüksemburq təmsilçisini yenidən bu turnirdə iştirakına şərait yaradıb.
Bununla belə, “Differdange”ın Avroliqada çox uzağa gedəcəyini söyləmək olmaz. Çünki bu komandanın "play-off"dakı rəqibi Fransanın "PSJ" klubu olacaq.
Qeyd edək ki, ilk oyun avqustun 18-də, cavab görüşü isə bir həftə sonra - ayın 25-də keçiriləcək.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi