AZAL klubunun mətbuat xidmətinin rəhbəri Eldəniz Yusifov PFL.az saytına verdiyi açıqlamada komandanın həftəsonu "Xəzər Lənkəran"la keçirəcəyi oyun haqda fikirlərini bildirib.
Qol.Az-ın məlumatına görə, klub rəsmisi ilk öncə komanda olan itkilərdən gileylənib: “Usim Nduka, Aqil Nəbiyev və Robert Petrov zədəlidir. Viktor İqbekoyi isə ötən tur “Simurq”la oyunda qırmızı vərəqə aldığı üçün növbəti oyuna çıxa bilməyəcək. Bu oyunçuların yoxluğunda “Xəzər Lənkəran”la oyun bir qədər çətin keçəcək”.
Daha sonra isə o, komandanın “Xəzər Lənkəran”la oyuna yalnız qələbə üçün çıxacağını bildirib: “Statistikada “Xəzər Lənkəran”ın aşkar üstünlüyü olsa da, biz bunu öz xeyrimizə dəyişəcəyik. Bizim klubumuz “Xəzər Lənkəran”la keçirilən oyunların əksəriyyətində formalaşma mərhələsində idi. Klubun adı da onda başqa idi.
Lakin ötən mövsümdən etibarən biz qarşımıza konkret məqsədlər qoymuşuq və “Xəzər Lənkəran” üzərində də ötən mövsüm bir dəfə qələbə qazanmışıq. AZAL-ın heyətində bir çox təcrübəli, güclü futbolçu var. Biz hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Başlıca hədəfimiz isə çempionluqdur. Ən azı 2-ci, 3-cü pilləni tutaraq avrokuboklarda iştirak etməyi qarşımıza məqsəd qoymuşuq”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi