Rəşad Sadıqovun sabiq komanda yoldaşı qəza törətdi

Rəşad Sadıqovun sabiq komanda yoldaşı qəza törətdi
XƏBƏR 11 Avqust 2011 / 22:27 1765
-  A +

Türkiyənin “Eskişehirspor” klubunun futbolçusu Batuhan Karadəniz qəza törədib.

Qol.Az-ın məlumatına görə, onun avtomobili Ali Şen adlı şəxsin idarə etdiyi motosikletə çırpılıb. Nəticədə motosikletin sürücüsü yaralanıb.
 
O, təcili xəstəxanaya çatdırılıb. Ali Şenin həyatı üçün təhlükənin olmadığı açıqlanıb. Olayla bağlı araşdırmalara başlanılıb.

Qeyd edək ki, Batuhan Karadəniz ötən mövsüm “Eskişehispor”da Azərbaycan yığmasının kapitanı Rəşad Sadıqovun komanda yoldaşı olub.

 


Son xəbərlər