Əfran İsmayılov: "İnter"lə oyunda meydanda olmaq istəyirəm"

Əfran İsmayılov: "İnter"lə oyunda meydanda olmaq istəyirəm"
XƏBƏR 11 Avqust 2011 / 17:54 1519
-  A +

Ağdamın “Qarabağ” klubu son zamanlar zədə epidemiyasına tutulub.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Vüqar Nadirovun ardından Rəşad Sadiqov və Maksim Medvedev də sıradan çıxıb.
 
Onların artıq Premyer Liqanın yeni mövsümündəki “İnter”lə debüt matçında oynamayacağı öncədən məlum idi.

Dünən isə Azərbaycan millisinin heyətində Makedoniyaya qarşı mübarizə aparmış Əfran İsmayılov da meydanı erkən tərk etmək məcburiyyətində qaldı. Əfran bu gün tibbi müayinədən keçib. 23 yaşlı yarımmüdafiəçi durumu dəyərləndirib:
 
“Oyun zamanı sol dizimdə, arxa tərəfdə ağrı hiss etdim. Vəziyyətin ciddi olduğunu görüb əvəzlənməmi istədim. Bu gün tibbi müayinədən keçdim. Şükürlər olsun ki, analiz elə də ciddi bir şey müəyyənləşdirmədi. 1-2 gün mümkün qədər yükləmədən qaçmalıyam.
 
Son zamanlar komandamızın üzvləri zədədən əziyyət çəkir. Qabaqdan “İnter” kimi güclü rəqiblə oyun gəlir. İstəmərəm ki, komandamı bu oyunda yalnız qoyum. Maksimum çalışacam ki, bazar gününə kimi hazır olum və komandama kömək edim”.

Son xəbərlər