"Xəzər Lənkəran"dan ayrılan futbolçu psixoloqa müraciət edib

"Xəzər Lənkəran"dan ayrılan futbolçu psixoloqa müraciət edib
XƏBƏR 11 Avqust 2011 / 17:43 1988
-  A +

“Xəzər Lənkəran”ın Avstriya toplantısında heyətinə qatdığı və  Avroliqa turnirində iki dəfə komandanın heyətində meydana çıxan Maris Onofraş yenidən vətəninə qayıdaraq II divizion klubu ilə müqavilə imzalamalı olub. 

Qol.Az-ın "12-cioyuncu" fan klubunun saytına istinadən verdiyi məlumata görə, Onofraş bunun günahkarı kimi Azərbaycan təmsilçisini hesab edir. Amma iş bununla da bitməyib.

“Xəzər Lənkəran”dan ayrılmağa məcbur edildiyini bildirən Onofraş vətəninə dönəndən sonra Azərbaycan xatirələrinin fonunda az qala depresiyaya keçirəcəkmiş.
 
Rumıniya mətbuatının yazdığına görə, o hətta  psixoloqa da müraciət etməli olub. Lakin vəziyyət tez bir zamanda normallaşıb. Beləki, psixoloqun ona : "Bu sənin futbolçu karyeranda ilk dəfə rastlaşdığın hadisə olduğuna görədir" deməsi  Mariusi sakitləşdirib. Daha sonra isə Onofraş bir həftə ərzində gündə iki dəfə olmaqla həkimlə əlaqə saxlayırmış və hazırda özünü normal hiss edir. 

Qeyd edək ki, “Xəzər Lənkəran”ın heyətində “Makkabi” ilə hər iki oyundan meydana çıxan Onofraş daha sonra komandadan uzaqlaşdırılmışdı.
 
İki tərəfli qaydada müqavilənin pozulması təklifi ilə razılaşan Marius Azərbaycan klubunda gördüklərindən sonra daxili narahatçılıq keçirmiş və psixoloji gərginliklə üzləşmişdi. Amma sonda hər şey futbolçu üçün yaxşı qurtarıb.

Son xəbərlər