"İnter"in yeni-köhnə futbolçusu Xəyal Mustafayev klubun rəsmi saytına müsahibə verib.
Qol.Az-ın məlumatına görə, “Turan”la keçirilmiş oyunla bağlı fikirlərini bildirən Mustafayev növbəti turda qarşılaşacaqları "Qarabağ"la matça da toxunub.
- “Turan”la matçda komanda yaxşı oyun sərgilədi və mövsünə qələbəylə başladı. Tovuzlularla oyun barədə fikirlərini bilmək istərdik...
- Mövsümün ilk oyunları həmişə çətin olur. Bizə uduzmaq istəməyən güclü komanda müqavimət göstərirdi. Birinci hissədə komandamız üstünlüyə malik idi, lakin onu qola çevirə bilmədik. Allaha şükür ki, fasilədən sonra üstünlüyü arzu olunan qola çevirməyi bacardıq.
- Amma “İnter”in növbəti rəqibi Ağdamın “Qarabağ” klubu olacaq. Bu dəfəki rəqib daha ciddidir. Qarşıdakı qarşılaşma barədə nə düşünürsən?
- Hazırda “Qarabağ” Azərbaycanın ən yaxşı komandalarından biridir. Bu komanda oyun tərzilə seçilir və onlar topa nəzarət etməyi sevirlər. Təbii ki, bizə çox çətin olacaq, ancaq “İnter” bütün oyunlara yalnız qələbə üçün çıxır. Buna görə də, “Qarabağ”a qalib gəlməyə çalışacağıq.
- Matçın Quzanlıda baş tutacağını nəzərə alsaq, o zaman onu “Qarabağ” üçün əlavə üstünlük kimi qiymətləndirmək olar. Hamımız bilirik ki, orada tribunalar dolu olur və belə bir şəraitdə qonaq komandalara oynamaq çox çətindir...
- Bəli, bu belədir. Lakin yüksək yerlər uğrunda oynayan peşəkar komandalar üçün stadion faktoru böyük rol oynamamalıdır. Biz istənilən şəraitlərdə qalib gəlməliyik.
- “İnter”in bu mövsümdə hansı məqsəd və vəzifələri var?
- Komandamızın məqsədləri həmişə olduğu kimi yüksəkdir. Mən istər çempionatda, istərsə kubokda qələbə qazanaraq mükafat əldə edəcəyimizə ümid edirəm. “İnter” mütləq avrokuboklarda oynamalıdır.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi