Yığmamızın potensial rəqibləri müəyyənləşdi

XƏBƏR 11 Avqust 2011 / 17:01 1590
-  A +

Sentyabrın 9-da Zaqrebdə 2012-ci ilin fevralında Xorvatiyada baş tutacaq futzal üzrə Avropa çempionatının final mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən yaydığı məlumata görə, Azərbaycan yığması Rumıniya, Sloveniya və Türkiyə milliləri ilə birgə 3-cü səbətdə yer alıb. 
 

1-ci səbət:
İspaniya, İtaliya və Portuqaliya

2-ci səbət:
Rusiya, Ukrayna, Çexiya və Serbiya

3-cü səbət:
Azərbaycan, Rumıniya, Sloveniya və Türkiyə

Son xəbərlər