Georgiyevski: “Azərbaycan millisi daha topu hara gəldi vurmur”

Georgiyevski: “Azərbaycan millisi daha topu hara gəldi vurmur”
XƏBƏR 11 Avqust 2011 / 12:38 1648
-  A +

“Azərbaycan millisi nizam-intizamlı, topu özündə çox saxlamağa çalışan komandadır. Futbolçular əvvəlki kimi, topu hara gəldi vurmurlar. Qısa ötürmələrlə oynamağa üstünlük verirlər”.

Qol.Az-ın məlumatına görə, bu sözləri Makedoniya millisinin yarımmüdafiəçisi Slavko Georgiyevski deyib.

Dünən millimizə qarşı oyunda da forma geyən futbolçu Foqtsun gəlişindən sonra yığma komandamızda ciddi dəyişikliklərin baş verdiyini söyləyib:

“Berti Foqtsun Azərbaycan millisinin sükanı arxasına keçməsindən sonra bu komandada müsbət mənada dəyişikliklər baş verib. Kollektiv əvvəlki illərlə müqayisədə daha yaxşı təsir bağışlayır”.
Georgiyevski Makedoniya millisini yığmamızla oyuna çıxaran Babunski haqda da təəssüratlarını bölüşüb:

“Babunski dahi məşqçidir. Üstün keyfiyyətləri çoxdur. Yaxşı komanda yaratmaq və onu idarə etmək bacarığı var. Bu mütəxəssisin yerli gənclərlə işləməsi onların xeyirinədir. Məhz Babunskinin rəhbərliyi altında həmin gənclər gələcəkdə Makedoniyaya uğur qazandıra bilərlər”.

Son xəbərlər