Türkiyə milli komandasının futbolçusu Arda Turan yeni klubu İspaniya “Atletiko”sunun formasını ilk dəfə geyinib.
Həmin foto “Twitter” sosial şəbəkəsi vasitəsilə yayımlanıb.
Lakin 24 yaşlı yarımmüdafiəçi yeni klubunun düşərgəsinə bu gün qoşulacaq. Səfər öncəsi Bakı vaxtı ilə saat 16:00-da mətbuat konfransı keçirəcək istedadlı oyunçu bundan sonra xüsusi ayrılan təyyarə ilə Madridə uçacaq.
Qeyd edək ki, Arda Turan “Atletiko”ya “Qalatasaray” klubundan 12 milyon avroya transfer olub. Onunla 4 illik müqavilə bağlanılıb. Bu məbləğin yarısı bəri başdan ödənilib. Qalan 6 milyon avro isə 1 il ərzində veriləcək. Bundan əlavə, “Atletiko” Çempionlar Liqasının qrup mərhələsinə yüksəlsə, “Qalatasaray”ın hesabına 1 milyon avro, Avropa Liqasının qrup mərhələsinə çıxacağı halda isə 500 min avro keçirəcək. Turan İspaniyada yay transfer dövrünün 4-cü ən bahalı oyunçusudur. İlk pillədə “Real Madrid”in Portuqaliya “Benfika”sından 30 milyon avroya aldığı Fabio Koentrao qərarlaşıb. İtaliya “Udineze”sindən 26 milyon avroya “Barselona”ya keçən Aleksis Sançes ikinci, “Vilyarreal”dan 21 milyon avroya “Malaqa”ya yollanan Santi Kasorla isə 3-cü pillədədir.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi