Monakoda UEFA-nın ESM (Avropa İdman Mediası) ilə birlikdə 2010/11 mövsümündə Avropanın ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün keçirdiyi sorğunun ikinci mərhələsində ölkəmizi Rasim Mövsümov təmsil edəcək.
Bu məqsədlə UEFA-nın KİV və İctimaiyyətlə Əlaqələr departamentinin rəhbəri Robert Faulkner tərəfindən AFFA-nın təsisçisi olduğu «Futbol Dünyası» qəzetinin əməkdaşına xüsusi dəvət göndərilib.
Rəsmən «UEFA Best Player in Europe» adlanan mükafat üçün keçirilən sorğuda UEFA-nın üzvü olan 53 ölkəsinin hər birindən bir media nümayəndəsi iştirak edir. İlkin mərhələdə respondentlər ən yaxşı saydıqları üç futbolçuya səs veriblər və anketlərdə 1-ci göstərilən 5 xal, 2-ci göstərilən 3 xal və 3-cü göstərilən isə 1 xal qazanıb. Nəticədə «Barselona»lılar Xavi və Lionel Messi, həmçinin «Real»ın üzvü Kriştianu Ronaldo bu mərhələdə hamıdan çox səs toplayaraq UEFA-nın mükafatı uğrunda mübarizəni davam etdirəcəklər.
Səsvermənin həlledici mərhələsi avqustun 25-də Monakoda Çempionlar Liqası qrup yarışının püşkatması zamanı keçiriləcək. Burada media nümayəndələri elektron sistemlə canlı səs verərək Xavi, Messi və Ronaldodan birini seçəcəklər. Sorğunun qaydalarına görə, iki nəfər eyni sayda səs toplasa, məhz onların iştirakı ilə yenidən səsvermə keçiriləcək.
«Avropanın ən yaxşı futbolçusu» mükafatı bu ildən UEFA-nın «İlin ən yaxşı klub futbolçusu» mükafatını əvəz edib. Sözügedən mükafatı ötən il «İnter»li Dieqo Milito qazanıb. 2011-ci ildə Avropanın ən yaxşı futbolçusu adına namizədlərdən Kriştianu Ronaldo 2008-ci ildə, Lionel Messi isə 2009-cu ildə UEFA-nın «İlin ən yaxşı klub futbolçusu» mükafatına sahib çıxıblar.
Qeyd edək ki, Rasim Mövsümov 2000-ci ildən «Qızıl top» mükafatının münsiflər heyətinin üzvlərindən biridir.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi