Premyer Liqanın oyunları təxirə salına bilər

Premyer Liqanın oyunları təxirə salına bilər
XƏBƏR 10 Avqust 2011 / 16:24 2258
-  A +

İngiltərədə baş verən son hadisələr ölkə futboluna da təsirsiz ötüşməyib.

Qol.Az-ın məlumatına görə, Hollandiya seçməsi ilə yoldaşlıq oyunundan sonra Premyer Liqanın ilk turunda keçiriləcək 3 qarşılaşma da təxirə salına bilər.

Qeyd edək ki, açılış turunda “Tottenhem” “Everton”la, “Fulhem” “Aston Villa” ilə, “Kvin Park Reyncers” isə “Bolton”la qarşılaşmalıdır. Ancaq Londonda və İngiltərənin digər bölgələrində baş verən iğtişaşlar bu görüşlərin keçirilməsinə əngəl törədir.

Bu azmış kimi, “Mançester Siti” və “Suonsi” arasında Mançesterdə baş tutmalı olan matç da keçirilməyə bilər. Çünki Londonda baş verən hadisələr bu şəhərə də siraət edib. Artıq Mançetser əhalisi də genişmiqyaslı mitinqlərə hazırlaşır.

Hazırda oyunların təxirə düşməməsi üçün İngiltərə Peşəkar Futbol Liqasının nümayəndələri klub rəsmiləri və yerli orqanlarla danışıqları davam etdirir. Məsələyə tam olaraq sabah aydınlıq gələcək.

Son xəbərlər