Milli komandamızın sabiq futbolçusu Sənan Qurbanov “Qəbələ”yə qayıdıb. Klubun mətbuat xidmətindən Qol.Az-a verilən məlumata görə, 2006-2007 mövsümündə komandanın şərəfini qorumuş Qurbanov bu dəfə “Qəbələ”də futbolçu yox, məşqçi kimi fəaliyyət göstərəcək.
O, Futbol Akademiyasında azyaşlı uşaqlara futbolun sirlərini öyrədəcək. UEFA B kateqoriyasına sahib olan Sənan Qurbanov artıq bir ildir ki, məşqçi kimi fəaliyyət göstərir. O, ötən mövsüm birinci divizionda çıxış etmiş “Neftçi İSM”də işləyib.
Məşqçilik fəaliyyətindən öncə isə “Qəbələ” ilə yanaşı, “Şəfa”, “Qarabağ”, “Dinamo”, “Saypa” (İran), “MKT-Araz”, və “Muğan” klublarında oynamış S.Qurbanov eyni zamanda həm olimpiya, həm də əsas yığma komandalarımızda forma geyinib.
Qeyd edək ki, Qəbələ Futbol Akademiyasında 4 türk mütəxəssislə yanaşı, artıq 9 yerli məşqçi çalışır. Onlar arasında Sənan Qurbanov kimi vaxtilə “Qəbələ”də çıxış etmiş Eldəniz Süleymanovla Şəhruz Mustafayev də var. Adları çəkilənlərdən başqa, “Neftçi” və “Turan”dakı çıxışları ilə tanınan Hüseynqulu Quliyev, eləcə də yerli məşqçilər – Famil Xəlilov, Sərdar Qafarov, Anar Surxayev, Zaur Hacıyev və Teymur Musayev də akademiyanın məşqçi heyətinə daxildirlər.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi