“Beşiktaş”da Bebe şoku

“Beşiktaş”da Bebe şoku
XƏBƏR 10 Avqust 2011 / 13:43 1849
-  A +

Mövsümün sonunda “Mançester Yunayted”dən icarə əsasında “Beşiktaş”a keçən Bebe uzun müddət yaşıl meydanlardan kənarda qalacaq.

Qol.Az-ın məlumatına görə, Portuqaliya millisinin Slovakiya ilə keçirdiyi yoldaşlıq görüşündə zədələnən futbolçu təxminən altı ay oynaya bilməyəcək.

Matçdan dərhal sonra tibbi müayinədən keçən hücumçunun ön diz bağlarında yırtıq aşkarlanıb. Belə olan halda Bebe əməliyyat olunmalıdır.

Futbolçu müqavilə ilə “Mançester Yunayted”ə məxsus olduğundan, “Beşiktaş” rəhbərliyi qarşı tərəflə əlaqə saxladıqdan sonra əməliyyatın harada keçirilməsinə qərar veriləcək.

Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir