Arşavin: “Real”a heç vaxt keçmərəm”

Arşavin: “Real”a heç vaxt keçmərəm”
XƏBƏR 10 Avqust 2011 / 12:56 2061
-  A +

Rusiya millisi və “Arsenal”ın hücumçusu Andrey Arşavin ölkə mətbuatına maraqlı açıqlamalar verib. Qol.Az-ın məlumatına görə, 30 yaşlı futbolçu heç vaxt “Real”a keçməyəcəyini bildirib.

Təcrübəli oyunçu bu sözlərini uşaqlıqdan “Barselona”ya azarkeşlik etməsi ilə əlaqələndirib: “Heç vaxt “Real”a keçmərəm. Hətta mənə külli miqdarda pul təklif etsələr belə. Çünki uşaqlıqdan “Barsa”ya azarkeşlik edirəm. Ona görə də bu komandanın əzəli rəqibinin formasını heç vaxt geymərəm”.

“Anji”yə keçəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirən Arşavin Rusiyaya qayıdacağı təqdirdə, ilk seçiminin “Zenit” olacağını bildirib:

“Hazırda dünyanın ən yaxşı komandalarından birində çıxış edirəm. Ancaq nə vaxtsa vətənə qayıdacağım istisna deyil. Həmin vaxt ilk seçimim “Zenit” olacaq. “Anji” keçidimlə bağlı yayılan xəbərlər isə ancaq şayiədir”.

Son xəbərlər
14.05.25  21:45

"Leyptsiq"i tərk edir