Portuqaliyalı məşhur futbol hakimi Pedro Proensa Lissabondakı ticarət mərkəzlərindən birində döyülüb.
Qol.Az-ın “TVI 24” telekanalına istinadən verdiyi məlumata görə, 40 yaşlı referiyə hücum edən şəxs onun iki dişini qırıb. Proensa trenajor zalında məşq etdikdən sonra restorana nahar etməyə yollanıb.
Yolda o, özünü aqressiv aparan şəxslə rastlaşıb. Həmin adam hakimi əvvəlcə təxribata çəkib, sonra isə döyüb. Polis xuliqanı yaxalasa da, adı açıqlanmır.
Qeyd edək ki, Pedro Proensa 1998-ci ildən FİFA referisidir. O, karyerası ərzində Çempionlar Liqasının 11 matçını idarə edib. Proensa 2010-2011-ci il mövsümünün yekununda ölkənin ən yaxşı hakimi sayılıb.
Təcrübəli referi avqustun 7-də “Portu”nun “Vitoriya” üzərində 2:1 hesablı qələbə qazandığı Portuqaliya Superkuboku uğrunda qarşılaşmanın baş hakimi olub.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi