Unibank Premyer Liqasının ilk turunda “Kəpəz”ə məğlub olan “Rəvan” son çempion “Neftçi” ilə oyuna hazırlaşır. Qol.Az-ın PFL-in saytına istinadən verdiyi məlumata görə, məşq zamanı komandanın sıralarında yeni transfer olunmuş Takvi Bong və “Kəpəz”lə oyunun ən yaxşılarından olan Con Pelu xüsusi ilə fərqlənirdilər.
Komandanın baş məşqçisi Bəhmən Həsənov hazırlıqlarda özlərini yaxşı göstərəcəkləri halda Takvi Bong və qapıçı Artur Kotenkonun “Neftçi” ilə oyunda iştirak etmək şanslarının olduğunu söylədi. Həsənov hazırlığa başlamazdan öncə futbolçuların əhval-ruhiyyəsini düzəltmək üçün onlarla söhbət etdiyini bildirdi:
“Bir nəfərə görə o boyda komandanın zəhməti hədər oldu. Düzdür, Bakıya qayıdanda, Kotenko bütün futbolçulardan, komandadan üzr istədi. Amma bu heç nəyi dəyişmir. Başqa cür məğlub olsaydıq, bəlkə də bizə bu qədər təsir etməzdi. Ancaq görüş ərzində üstün oyun nümayiş etdirdiyimiz halda, heç nədən iki qol buraxmağımız bizə çox pis təsir edir. Bununla belə biz "Neftçi" ilə oyunda tam gücümüzü ortaya qoyub qələbə qazanmağa çalışacağıq. Hazırlıqlar da yüksək səviyyədə davam edir”.
Baş məşqçinin sözlərinə görə, komanda öz stadionu hazır olana qədər ev oyunlarını ya “Şəfa”, ya da “Dalğa Arena”da oynayacaq: “Qısa müddətə yüksək səviyyəli ot örtüklü öz stadionumuz istifadəyə veriləcək. Həmin vaxta qədər isə komanda ev oyunlarını ya "Şəfa" stadionunda, ya da "Dalğa Arena"da keçirəcək”.
Avrokuboklarda iştirak etməyi qarşılarına məqsəd qoyduqlarını bildirən Həsənov komandaya yeni transferlərin olacağını da vurğuladı.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi