Sneyder: "Mən "Mançester Yunayted"də oynamaq istəyirəm"

Sneyder: "Mən "Mançester Yunayted"də oynamaq istəyirəm"
XƏBƏR 10 Avqust 2011 / 02:13 2062
-  A +

"İnter" klubunun hollandiyalı yarımmüdafiəçisi Uesli Sneyder maraqlı açıqlamaları diqqət çəkib.

Qol.Az-ın məlumatına görə, Sneyder müsahibəsində "Mançester Yunayted"də oynamaq istədiyini bildirib:

"Doğrudur, mən "Mançester Yunayted"də oynamaq istəyirəm. Ancaq hələ ki, ingilis təmsilçisi mənim üçün "İnter"ə rəsmi təklif göndərməyib. Mənim "Mançester Yunayted"lə qeyri-rəsmi danışığım olub.

Lakin bu kifayət etmir. Bununla belə, transfer pəncərəsinin avqustun 31-də bağlanacağını nəzərə alsaq, hələ ümidim qalır. İnanıram ki, o vaxta qədər mənim də məsələm öz həllini tapacaq".


 

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner