"Belə oyunlarda yalnız birinci hissədə yaxşı oynamaq kifayət etmir"

XƏBƏR 9 Avqust 2011 / 22:39 1504
-  A +

"Birinci hissədə yaxşı oynadıq. Oyun ərzində 2 və ya 3 dəfə fərqlənə bilərdik. Ancaq şanslarımızdan yararlana bilmədik".

Qol.Az-ın məlumatına görə, bu sözləri millimizlə oyundan sonra Estoniya yığma komandasının baş məşqçisi Frank Bernhard deyib.

Bernhard oyunla bağlı daha sonra bunları əlavə edib: "Rəqibimiz isə, əksinə, yaratdığı epizodları qola çevirdi.

Beynəlxalq oyunlarda yalnız birinci hissədə yaxşı oynamaq kifayət etmir. Azərbaycan yığmasını layiqli qələbə münasibətilə təbrik edirəm".


Qarabağ FK
Son xəbərlər
topaz banner