"Qalatasaray"ın kapitanı yenidən “Atletiko”nun gündəmində

"Qalatasaray"ın kapitanı yenidən “Atletiko”nun gündəmində
XƏBƏR 9 Avqust 2011 / 18:20 1695
-  A +

“Qalatasaray”dan ayrılacağı dəqiqləşən Arda Turan İspaniya çempionatında çıxış edə bilər.

Qol.Az-ın məlumatına görə, 24 yaşlı futbolçu yenidən Madrid “Atletiko”sunun transfer siyahısına düşüb.

“Volfsburq”un Dieqoya görə yüksək məbləğ tələb etməsi ispanların diqqətini yenidən türk futbolçuya yönəldib.

Greqoriyo Manzanonun gəlişindən sonra pleymeyker axtarışına düşən “Atletiko” rəhbərliyi qarşıdakı günlərdə “Qalatasaray”a təklif göndərməyə hazırlaşır.

Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə