“İlk oyunda səhvlərimiz oldu. Bu səhvlərin üzərində işləyib, gələcək oyunlarda qələbə qazanmaq üçün çalışırıq. Əminəm ki, zaman keçdikcə daha güclü “Bakı” görəcəyik”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Bakı”nın yeni transferi Uinston Parks klubun rəsmi saytına açıqlamasında deyib.
Komandada uyğunlaşma probleminin qalmadığını düşünən kosta-rikalı futbolçu iki hücumçu ilə oynamağın çətin olduğunu düşünür: “Bakı”da uyğunlaşma dövrünün sona çatdığını düşünürəm. Komandamızın hər bir üzvündə qələbə ruhu olmalıdır və hər kəs top uğrunda sonadək mübarizə aparmalıdırr. Bundan əlavə, iki hücumçu ilə oynamaq bizim üçün bir qədər çətinlik yaradır”.
Növbəti turda “Simurq”la baş tutacaq oyundan da danışan təcrübəli forvard qələbə qazanacaqlarına inandığını söyləyib:
"Simurq"la oyunda mütləq qələbə qazanmalıyıq. Bunun üçün meydana çıxıb, əlimizdən gələni edəcəyik. Rəqibdən şəkinməmək lazımdır. İnanıram ki, ilk ev oyumuzda hər mövqedə yaxşı oynayıb, qələbə qazanacayıq. Qol buraxsaq belə, bu futboldur, ruhdan düşməyib, mübarizə aparmalıyıq. Zəninmcə, komandamızda yaxşı futbolçular var və və onlar nəyə qadir olduqlarını göstərəcəklər”.
“Bakı”ya bağlılığını ifadə edən Parks sonda yerli azarkeşlərə səslənib: “Şəxsən mənə gəldikdə, həmişə iddialı klublarda forma geymişəm. “Bakı” da istisna deyil. Meydana yalnız qələbə üçün çıxıram. Formasını geydiyim kluba ürəyimlə bağlıyam. “Bakı” azarkeşlərinə demək istərdim ki, səbrli olsunlar, öz oyunumla onların da sevgisini qazanacağam”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi