İngiltərə - Hollandiya oyunu təxirə salındı

İngiltərə - Hollandiya oyunu təxirə salındı
XƏBƏR 9 Avqust 2011 / 15:41 1597
-  A +

İngiltərə və Hollandiya yığmaları arasında sabah keçirilməli olan yoldaşlıq oyunu təxirə salınıb. Qol.Az-ın məlumatına görə, buna son iki gündə İngiltərədə baş verən hadisələr səbəb olub.

İki gün öncə Londonda polisin 29 yaşlı afrikalını qətlə yetirməsi ölkədə böyük iğtişaşa səbəb olub. Paytaxt əhalisi küçələrə axın edərək, qarşısına keçən hər şeyi məhv edir. Polis əməkdaşları kütlənin qarşısını almaqda çətinlik çəkir. Təsadüfü deyil ki, ölkə polisi sabahkı görüşdə hər hansı insidentin yaşanmamasına təminat verə bilmir.

Bu səbəbdən də İngiltərə Futbol Federasiyası Hollandiya ilə yoldaşlıq görüşünü təxirə salmağı məsləhət bilib. Matçın hansı tarixdə oynanılacağı isə hələlik məlum deyil.

Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə