Vüqar Nadirov: "5 həftəyə qayıdıram"

Vüqar Nadirov: "5 həftəyə qayıdıram"
XƏBƏR 9 Avqust 2011 / 14:45 1516
-  A +

"Qarabağ" klubunun hücumçusu Vüqar Nadirov 5 həftə yaşıl meydanlardan kənar qalacaq.

Bu barədə Qol.Az-a açıqlamasında futbolçunun özü məlumat verib.

Hazırda Türkiyədə müalicə olunan Vüqar 2 həftə sonra yüngül məşqlərə başlayacağını bildirib.

Bununla belə, Vüqarın yaşıl meydanlara qayıtması ən azı 5 həftədən sonra mümkün olacaq.

Qeyd edək ki, Vüqar Avroliqanın III təsnifat mərhələsi çərçivəsində "Brügge" ilə səfərdə keçirilən ilk oyunda zədələnmişdi.


Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə