Yeni mövsümünə iddialı hazırlaşan Bakının "İnter" klubu mövsümlərarası fasilədə heyətinə yeni oyunçular da cəlb edir.
Qol.Az-ın məlumatına görə, paytaxt klubunun son transferlərindən biri Avstriyanın “Mattersburq” klubunun müdafiəçisi slovakiyalı Peter Krappan oldu.
26 yaşlı futbolçu 2006-ci ildən legioner həyatı yaşayır. 2006-2009-cu illərdə Avstriyanın “Ştadlau”, 2009-2011-ci illərdə isə “Mattersburq” klublarının formasını geyinib.
Karyerasının yüksəliş dönəmi “Mattersburq”un heyətində çıxış etdiyi illərə təsadüf edən slovakiyalı, bu klubun forması ilə 56 dəfə meydana çıxıb, 1 qol vurub, 18 dəfə sarı, 1 dəfə isə qırmızı vərəqə ilə cəzalandırılıb.
Peter Krappanı PFL.az saytına verdiyi müsahibəni təqdim edirik:
- “İnter”lə müqavilə bağlamamışdan öncə Azərbaycan klubları, futbolçuları, ümumiyyətlə Azərbaycan futbolu haqqında hər hansı məlumatın var idimi?
- Bizim ölkələrimiz Dünya və Avropa çempionatlarının seçmə mərhələlərində dəfələrlə qarşılaşıblar. Həmçinin Çempionlar Liqasının və Avroliqanın təsnifat mərhələlərində də bir neçə dəfə klublarımız bir-biri ilə mübarizə aparıblar. Mən bütün bu oyunları izləyirdim və Azərbaycan futbolu haqqında kifayət qədər məlumatlı olduğumu hesab edirəm. Mənim Azərbaycan klublarının şərəfini qoruyan bir neçə dostlarım olub. Onlarla danışanda da Azərbaycan futbolundan söhbət edirdik.
- Peter, sən Avstriyada məşhur klubların şərəfini qorumusan. “İnter” isə sənin üçün yeni, fərqli klubdur. Bu komanda haqqında düşüncələrin nədir?
- “İnter” mənim daha öncə çıxış etdiyim klublara nisbətən çox gənc komanda olsa da, burada futbolçular üçün hər bir şərait yaradılıb. Bir neçə ilə çox böyük irəliləyiş əldə edə biliblər. “İnter” peşəkar klubdur. Mən bu komanda ilə müqavilə bağlayarkən bütün bu amilləri nəzərə almışam. “İnter”in çox səviyyəli, texnikalı, güclü futbolçuları var. Klubun çox peşəkar məşqçilər heyəti var və ümid edirəm ki, komanda bu il qarşısına qoyduğu məqsədlərə çatacaq.
- “İnter” Azərbaycanın iddialı klublarındandır. “İnter”də qarşınızda duran ilk məqsəd nədir?
- İlk öncə ölkə çempionatında uğurlu nəticə əldə edib Avroliqada və ya Çempionlar Liqasında çıxış etmək hüququ qazanmalıyıq. İnanıram ki, klubumla birlikdə uğurlu bir mövsüm keçirəcəyik.
- “İnter”lə bir illik müqavilə bağlamısan. Gələcəkdə bu müqavilənin uzadılması mümkündürmü?
- Gələcəkdə müqavilənin müddətinin uzadılması komandada keçirəcəyim mövsümdən asılıdır. Uğurlu bir mövsüm keçirsək və klub müqavilənin müddətini uzatmağı təklif etsə, yəqin ki, bir müddət daha “İnter”in şərəfini qoruyaram.
- “İnter”in çempionluq şanslarını necə dəyərləndirirsən?
- “İnter” çempionluğa oynayan komandadır. Bildiyimə görə, bundan öncəki mövsümlərdə də bu komanda çempionluğa ən real namizədlərdən olub. Bizim hazırda güclü heyətimiz var. Uğurlu nəticə əldə etmək üçün əlimizdən gələni edəcəyik.
- “İnter”in fanatlarına və Azərbaycan futbolsevərlərinə nə demək istərdin?
- Azərbaycanda futbol inkişaf etməkdədir. Futbol oynamaq üçün ölkənizdə hər bir şərait var. İnanıram ki, ölkəniz beynəlxalq arenada da uğurlar qazanacaq. “İnter”in fanatlarına isə demək istərdim ki, həmişə komandalarını dəstəkləsinlər.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı
Gürcüstan millisinin baş məşqçisi istefa verdi