“Komanda şəklində biz hələlik uğur qazanmaq haqqında fikirləşmirik. İndiki vəzifəmiz cavan və yerli futbolçuların oyun praktikasını artıraraq, təcrübə toplamasıdır. Onların ustalıq səviyyəsinin artırması üçün gənclərə daha çox şans veririk. Heyətdəki futbolçulardan birini misal göstərsəm, Orxan Əliyevin heç 17 yaşı yoxdur”.
Bu sözləri Qol Az-ın müxbiri ilə söhbətində “Sumqayıt Şəhər” klubunun baş məşqçisi köməkçisi Təbriz Həsənov Premyer Liqanın birinci tutunda “Xəzər Lənkəran”a 1:2 hesabı ilə uduzduqları oyunu şərh edərkən deyib.
“Əgər “Xəzər Lənkaran” kimi güclü kluba qarşı belə oyun nümayiş etdirirlərsə, deməli, bu uşaqların gələcəyi böyükdür. Əsas məqsədimiz milli komandaya istedadlı futbolçular bəxş etməkdir”.
Təbriz Həsənov “Xəzər Lənkəran”la oyunda komandanın oynayan-məşqçisi funksiyasını daşıyan təcrübəli Aslan Kərimovun meydana çıxmamasını belə izah edib: “Oyundan öncə Aslanın balaca bir zədəsi olduğu üzə çıxdı. Bizdə qərara aldıq ki,onu “Xəzər Lənkəran”la oyuna buraxmayaq. Ancaq zədəsi sağaldıqdan sonra Aslan meydana çıxaraq komandasına yardım edəcək. Əsas məqsədimiz çempionatın sonunda yüksək dəstə komandalarının siyahısında yer almaqdır. İlk “altılığ”a düşsək bunu bizim üçün böyük uğur saymaq olar”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı