İtalyanlar “Olimpyakos”u məhkəməyə verəcəklər

İtalyanlar “Olimpyakos”u məhkəməyə verəcəklər
XƏBƏR 8 Avqust 2011 / 16:25 1494
-  A +

İtaliyanın “Kataniya” klubu “Olimpyakos” rəhbərliyini məhkəməyə verə bilər. Qol.Az-ın məlumatına görə, buna yunan klubunun italyanları aldatması səbəb olub.

“Kataniya” rəsmiləri yoldaşlıq oyunu keçirmək üçün yunan klubu ilə danışıb, razılıq əldə ediblər. Hətta qonaqların İtaliyaya gəlməsi üçün çarter reysi də təşkil olunub.

Ancaq “Olimpyakos” İtaliyaya gəlib, çıxmayıb. “Kataniya” nümayəndələrinin bütün gecə aeroportda gözləməsi isə hədər gedib.

Bundan qəzəblənən italyanlar qarşı tərəfi saxtakarlıqda günahlandıraraq, onları məhkəməyə verməyə hazırlaşırlar.

Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə