“Anji”nin yeni hədəfi – Arda Turan

“Anji”nin yeni hədəfi – Arda Turan
XƏBƏR 8 Avqust 2011 / 15:55 2058
-  A +

“Çelsi”dən 15 milyon avro qarşılığında Jirkovu transfer edən, daha öncə isə Samuel Etoya 50 milyon təklif edən Rusiyanın “Anji” klubu indi də gözünü Türkiyə millisinin üzvünə dikib.

Qol.Az-ın məlumatına görə, Mahaçqala təmsilçisinin sahibi Süleyman Kərimov “Qalatasaray”ın kapitanı Arda Turanın keçidi üçün hərəkətə keçib.

Kərimov ulduz futbolçuya görə, “Cim-Bom” rəhbərliyinə 15 milyon avro təklif edib. Hətta ruslar qarşılıqlı razılaşma əsasında məbləği artıra biləcəklərini də istisna etməyiblər. Əgər Arda Premyer Liqa klubuna keçsə, onun illik gəliri 4 milyon avro olacaq ki, bu da kifayət qədər yüksək məbləğdir.

Ancaq həm komandanın baş məşqçisi Fatih Terim, həm də rəhbərlik Ardanın “sarı-qırmızılı” klubda qalacağını söyləyir. Turan isə hələlik bu barədə açıqlama vermək istəmir.

Son xəbərlər
16.05.25  16:10

Messi yenidən millidə