“Açığı, komandadan bu cür oyun gözləmirdim. Futbolçular çox yaxşı təsir bağışladı. Hesab oyuna görə olmadı. Əgər belə davam etsələr, futbolçulara göz dəyməsə, mənə elə gəlir ki, qarşıya qoyduğumuz məqsədə nail olacağıq”.
Bu sözləri Qol.Az-ın müxbiri ilə söhbətində “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov dünən Premyer Liqanın ilk turunda “Bakı” ilə keçirdikləri oyun (0:0) barədə fikirlərini bildirərkən deyib.
Heyətin tam komplektləşdiyini söyləyən Nəcəfov daha bir oyunçu alınacağını istisna etməyib: “Heyət tam komplektləşib. Yəqin ki, daha bir transfer də olacaq. Həmin futbolçu ilə danışıqlar aparırıq. Məncə, komanda əladır”.
Klub rəsmisi ötən il ilk “altılığ”ın bir addımlığında büdrəyən “Qəbələ”nin cari mövsümdə fərqli məqsəd uğrunda mübarizə aparacağını söyləyib:
“Ötən il iddia başqa idi. Qarşımıza fərqli hədəf qoymuşduq. Bu il isə tam fərqlidir. Əsas məqsədimiz isə dəyişməz olaraq qalır: İlk “altılığ”a düşüb, avrokuboklara vəsiqə qazanmaq”.
“Bakı”nın cərimə meydançasında Şarliyanın Deon Bartona qarşı etdiyi hərəkəti görmədiyini bildirən vitse-prezident oyunun idarəçiliyindən razı qalıb: “Tribunada oturacaq problemi olduğu üçün stadionun digər tərəfində oturmuşdum. Ona görə də həmin epizodu görə bilmədim. Amma ümumilikdə hakimliyin səviyyəsi məni qane elədi”
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı