“Azərbaycan yığması səviyyəli rəqib sayılır. Bu komandada Berti Foqtsun rəhbərliyi altında güclü futbolçular cəmləşib. Onlar qələbə üçün “acdırlar”.
Qol.Az-ın məlumatına görə, bu sözləri Makedoniya yığmasını millimizlə oyuna çıxaracaq Boban Babunski deyib.
Avqustun 10-da milli komandamızla qarşılaşacaq Babunski heyətdəki problemlərdən danışıb: “İqor Mitreski, Agim İbrahimi, Aleksandar Lazarevski zədə üzündən bu oyunda meydana çıxa bilməyəcəklər. Nikolçe Noveski isə klubundakı bəzi problemlərə görə Bakıdakı görüşdə iştirak etməyəcək. Ancaq bununla belə, bizdə yetərincə səviyyəli futbolçularımız var. Azərbaycanla oyun yoldaşlıq görüşü xarakter daşısa da, bizim üçün nəticə baxımdan vacibdir”.
Babunski 21 yaşlılardan ibarət yığmadan tanıdığı futbolçuları əsas milliyə dəvət etmək haqda düşünür: “Bizdə əsas yığmanın qapısına dönməyə hazır olan bir sıra gənc futbolçular var. Fikrimcə, bu, onların yoxlanışı üçün yaxşı imkandır. Bu, növbəti seçmə mərhələdə yığmaya yeni futbolçuların hazırlanmağına kömək olacaq”.
O, futbolçuların milliyə yaxşı vəziyyətdə gələcəyinə inanır: “Futbolçularımızın çoxu yığmada olmayıb, Azərbaycanla oyuna hazırlaşmasalar da, onların yaxşı vəziyyətdə gələcəyinə inanıram. Bəziləri indi, bəziləri də sonradan hazırlığa qoşulacaqlar. 10-a yaxşı futbolçu isə Vyanada bizə qoşulacaq ki, oradan Bakıya yollanacağıq”.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı