Aleksandr Starkov: “Futbolçulardan narazı qalmadım”

Aleksandr Starkov: “Futbolçulardan narazı qalmadım”
XƏBƏR 7 Avqust 2011 / 20:32 1761
-  A +

“Yeni mövsümdə ilk matçımız idi. Bu da komandanın oyununa təsirsiz ötüşmədi”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Qəbələ” ilə oyundan sonra “Bakı”nın baş məşqçisi Aleksandr Starkov deyib.

Oyunun istədikləri kimi alınmadığını söyləyən təcrübəli mütəxəssis buna baxmayaraq, komandasından razı qalıb:

“Sözsüz ki, oyun istədiyimiz kimi alınmadı. Dediyim kimi, bunun da başlıca səbəbi oyunçularımın bir-birinə tam alışmamasıdır. Amma yenə də futbolçulardan narazı qalmadım. Rəqib komandaya uğurlar arzulayıram”.

Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır