“Mənə 20 futbolçudan ibarət heyət bəs edir”

“Mənə 20 futbolçudan ibarət heyət bəs edir”
XƏBƏR 7 Avqust 2011 / 16:50 2477
-  A +

"Real”ın baş məşqçisi Joze Mourinyo son vaxtlar özü haqqında mətbuatda yazılan xəbərlərə münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, təcrübəli mütəxəssis rəhbərlikdənv yeni oyunçular istədiyi ilə bağlı yayılan informasiyaları təkzib edib. Mourinyo bu cür xəbərləri oxumaqdan bezdiyini bildirib:

“Mən mətbuatda yazılanlardan bezmişəm. Gündə ortaya bir iddia atırlar. Son olaraq da mənim rəhbərlikdən yeni oyunçular alınmasını istədiyimi yazıblar. Komandamdan razıyam. Mənə 20 futbolçudan ibarət heyət bəs edir. Belə olanda, həm gənc futbolçular meydana çıxmaq üçün şans əldə edirlər, həm də heyəti komplektləşdirmək asan olur”.

Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır