Belçika millisinin üzvü rəsmən “Çelsi”də

Belçika millisinin üzvü rəsmən “Çelsi”də
XƏBƏR 7 Avqust 2011 / 15:44 2132
-  A +

İngiltərənin “Çelsi” klubu uzunmüddətli danışıqlardan sonra Belçika millisi və “Anderlext”in hücumçusu Romelu Lukakunu heyətinə qatıb.

Qol.Az-ın məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb. Ancaq keçidin təfərrüatları barədə hələlik başqa məlumat verilmir.

Qeyd edək ki, oyun üslubuna görə Droqbaya bənzədilən Lukaku “zadəganlar”ın mövsümlərarası fasilədə üçüncü transferidir. “Mavilər” bundan əvvəl isə “Genk”in gənc qapıçısı Tibaut Kortis və “Barselona”dan Oriol Romeunu heyətinə qatıb.

Daha çox


Son xəbərlər
17.05.25  15:18

Ronaldo yeni klub alır