“Təəssüf ki, “Volqa”da debütüm məğlubiyyətlə yadda qaldı. Tamamilə qələbəyə köklənmişdik. Elə bu səbəbdən də qapımızda qol gördük. Çox gülünc top buraxdıq. Əvəzində isə qarşımıza qoyulan vəzifəni – qol vurmağı bacarmadıq. İnanıram ki, qarşıdakı oyunlarda bu problem həll edəcəyik. Bu gün “Rostov” heç də bizdən yaxşı oynamadı. Sadəcə bəxt onların üzünə güldü”.
Qol.Az-ın məlumatına görə, bu sözləri “Rostov”la oyundan sonra “Volqa”nın hücumçusu Vaqif Cavadov deyib. Meydançaya ikinici hissədə daxil olan milli komandamızın üzvü öz oyununa qiymət verməyi məqsədəuyğun saymayıb:
“Heç vaxt öz oyunumu qiymətləndirmirəm. Çünki bu, media və azarkeşlərin işidir. Hesab edirəm ki, bütün oyunu oynamağa hazıram. Ancaq məni əvəzləmə ilə meydana buraxan məşqçi heyətinin fikrinə hörmətlə yanaşıram”.
Qeyd edək ki, “Volqa” – “Rostov” görüşü qonaqların minimal hesablı (0:1) qələbəsi ilə yekunlaşıb.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı