Ötən gün Azərbaycan milli komandasının hücumçusu Vaqif Cavadovun da şərəfini qoruduğu Rusiyanın "Volqa" klubu Premyer Liqanın 19-cu turu çərçivəsində növbəti görüşünə çıxıb.
Qol.Az-ın məlumatına görə, Nijni Novqorod təmsilçisi bu turda "Rostov"la qarşılaşıb.
Artıq adı iştirak ərizəsinə daxil edilən Cavadovun bu oyunda debüt edəcəyi gözlənilirdi. Lakin təəssüf ki, Cavadovun "Rostov"la görüşdəki debütü uğursuz alınıb.
Matçın 60-cı dəqiqəsində meydana daxil olan Vaqif 71-ci dəqiqədə rəqibin hücumunun qarşısını kobudluqla aldığına görə sarı vərəqə ilə cəzalandırılıb. Bundan 12 dəqiqə sonra isə (83) Vaqifə qarşı kobud oynayan rəqib futbolçu - Anis Boussaidi birbaşa qırmızı vərəqə ilə meydandan qovulub.
Lakin bundan bir dəqiqə öncə qonaqlar Brakamontenin qolu sayəsində hesabda önə çıxmışdılar. Matçın 88-ci dəqiqəsində "Rostov"un daha bir futbolçusu meydanı vaxtından əvvəl tərk etməli olub. Aleksandr Gatskan kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan qovulub.
"Rostov" son dəqiqələrdə meydanda 9 nəfərlə mübarizə aparmasına baxmayaraq, "Volqa" oyunda dönüş yarada bilməyib və görüş 1:0 hesabı ilə qonaqların xeyrinə başa çatıb.
Vaqifin oyununa gəldikdə isə həmyerlimiz bu oyunda sol cinah yarımmüdafiəçisi mövqeyində çıxış edib. "Volqa"nın bütün standart vəziyyətlərini məhz Vaqif yerinə yetirib. Əsasən də künc zərbələrini yerinə yetirən həmyerlimiz bir neçə epizodda qola yaxın olsa da, fərqlənə bilməyib.
Qeyd edək ki, həmin oyunda bizə yaxşı tanış olan Dmitri Kruqlov da "Rostov"un heyətində Vaqifə qarşı mübarizə aparıb.
“Yuventus”a keçə bilər
“Ronaldo 20 yaşlı Neveşə bənzəmir”
Finlandiya 7 qolla qələbə qazandı
Pokatilovun oynadığı matçda qalib müəyyənləşmədi
Mbappenin durumu bəlli oldu
Millimizin Litva ilə oyunöncəsi son məşqindən - Şəkillər
Məşqçilərlə mübahisə etdi, yığmadan göndərildi
"Real"dan "Liverpul"a keçə bilər
Sloveniya və Şotlandiya xalları bölüşdü
“O, hələ də çox təhlükəlidir” - "Sabah"ın futbolçusu
İsraillə oyundan imtina edə bilərlər
“Sabah tam hazır şəkildə meydana çıxacağıq” - Mahir Emreli
“Güclü komandaya qarşı oynayacağıq, amma...” - Ayxan Abbasov
"Klub ən azı Premyer Liqadan kənarlaşdırılmalıdır"
Azərbaycan Qran-prisinin qalibi bəlli oldu
Arda Gülər: “Çox məyusuq”
İlham Əliyev və Mehriban Əliyeva Formula 1-i izləyirlər
Zidan Türkiyə üzərində qələbədən danışdı